Qanunvericiliyin Əsasları

iri həcmli və mürəkkəb strukturlu vacib ictimai münasibətləri, ümumi prinsiplər əsasında stabil (sabit) normalarla tənzimləyən qanunvericilik aktlarının toplusudur.
Qanunvericilik Təşəbbüsü
Qap
OBASTAN VİKİ
Azot əsasları
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
Leninizmin əsasları
Leninizmin əsasları - İosif Stalin tərəfindən 1926-cı ildə Sverdlov Universitetində verilən 9 məruzədən ibarət bir topludur. Sovet qəzeti Pravda tərəfindən yayımlanıb. == İstinadlar == == Ədəbiyyat == Service, Robert. Stalin: A Biography (2004) Trotsky, Leon. Stalin: An Appraisal of the Man and his Influence. The Universal Library. (1941) Deutscher, Isaac (1949). Stalin: A political biography,. Oxford University Press.
Türkçülüyün əsasları
Türkçülüyün əsasları — Ziya Gökalpın 1923-cü ildə çap elədiyi, Türk millətçiliyinin bütün fikir və təkliflərini bir sistem bütünlüyü içində ortaya qoyan, yazıçının müxtəlif zamanlarda yazmış olduğu, sınaqlardan keçirdiyi sosioloji kitabdır. Türk millətçiliyinin təməl əsərlərindən biri hesab olunur. Mustafa Kamal Atatürkün də güclü şəkildə təsirləndiyi, etdiyi inqilablarda və dəyişiklərdə rəhbər tutduğu əsərlərdən biridir. Müxtəlif dövrlərdə rəsmi və özəl qurumlar tərəfindən nəşr edilmişdir. Bunların içində əsəri qismən sadələşdirənlər olduğu kimi, əsərin dil və üslubunu tamamən dəyişdirmiş olanlar da vardır. Türkçülüyün tarixi Türkçülük nədir?
Qayğının əsasları
Qayğının əsasları (ing. The Fundamentals of Caring) — 2016-ci il ABŞ istehsalı komediya-dram, yol səyahəti janrındakı film. Rob Barnetin rejissorluğu ilə ərsəyə gəlib. Film yazıçı Conatan Evisonun müəllifi olduğu "The Revised Fundamentals of Caregiving" adlı romanın motivləri əsasında çəkilib. Filmin baş rollarında Pol Radd, Kreyq Roberts və Selena Qomez iştirak edir. Premyerası 26 yanvar 2016-cı ildə Sandens Film Festivalında baş tutub. Film 24 iyun 2016-cı ildə Netflix-də yayımlanıb. Yazıçı bir adam kədərli hadisədən sonra karyerasına son qoymaq qərarına gəlir. Yeni işə düzələrək əlil bir oğlanın qayğısına qalmağa başlayır. O, əlil oğlan ilə yaxın dost olur və birlikdə əyləncəli yol səyahətinə çıxırlar.
Türkçülüyün əsasları (kitab)
Türkçülüyün əsasları — Ziya Gökalpın 1923-cü ildə çap elədiyi, Türk millətçiliyinin bütün fikir və təkliflərini bir sistem bütünlüyü içində ortaya qoyan, yazıçının müxtəlif zamanlarda yazmış olduğu, sınaqlardan keçirdiyi sosioloji kitabdır. Türk millətçiliyinin təməl əsərlərindən biri hesab olunur. Mustafa Kamal Atatürkün də güclü şəkildə təsirləndiyi, etdiyi inqilablarda və dəyişiklərdə rəhbər tutduğu əsərlərdən biridir. Müxtəlif dövrlərdə rəsmi və özəl qurumlar tərəfindən nəşr edilmişdir. Bunların içində əsəri qismən sadələşdirənlər olduğu kimi, əsərin dil və üslubunu tamamən dəyişdirmiş olanlar da vardır. Türkçülüyün tarixi Türkçülük nədir?
Sevginin bioloji əsasları
Sevginin bioloji əsasları nəzəriyyəsi təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və nevrologiya kimi bioloji elmlər tərəfindən tədqiq edilmişdir. Oksitosin kimi spesifik kimyəvi maddələrin ifraz olunması insanların sevgi ilə əlaqədar təcrübələri, duyğuları və davranışları kontekstində öyrənilir. Təkamül psixologiyası sevgi üçün bir neçə izahat təklif etmişdir. Məsələn meymunun balaları çox uzun müddət valideynlərin köməyindən asılıdır. Buna görə də sevgi uzun müddət uşaqlara qarşılıqlı valideyn dəstəyini təşviq edən bir mexanizm kimi qəbul edilmişdir. Digəri, cinsi yolla ötürülən xəstəliklər, digər təsirlərlə yanaşı, hamiləliyin daimi azalmasına, dölün zədələnməsinə və doğuş zamanı risklərin artmasına səbəb ola bilər. Təkamül psixologiyası nöqteyi-nəzərindən sevgi ilə əlaqəli təcrübə və davranışların insan təkamülü ilə necə formalaşdığı baxımından araşdırıla bilər. Məsələn, təkamül zamanı insan dili - potensial həyat yoldaşına reproduktiv uyğunluğu mühakimə etməyə imkan verən "cütləşmə siqnalı" növü kimi seçilməsi irəli sürülüb. Miller təkamül psixologiyasını gələcək tədqiqatlar üçün başlanğıc nöqtə kimi təsvir etmişdi: "Koqnitiv nevrologiya beyində eşqbazlıq uyğunlaşmalarını lokallaşdırmağa cəhd edə bilər. Ən əsası, həyat yoldaşı seçiminə təsir edən eşqbazlığın ölçülə bilən aspektləri də daxil olmaqla, real həyatda partnyorların görüşü ilə bağlı daha yaxşı müşahidələrə ehtiyacımız var.
Natural fəlsəfənin riyazi əsasları
Natural fəlsəfənin riyazi əsasları - 1687-ci ildə 3 cildlik halında çıxan kitabdır. Kitabı İsaak Nyuton və Edmund Halley hazırlamışlar. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək İsaak Nyuton “Natural fəlsəfənin riyazi əsasları” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə mütənasibliyi qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. Philosophiae naturalis principia mathematica, auctore Is. Newton, Londini, iussu Societatis Regiae ac typis Josephi Streater, anno MDCLXXXVII (editio princeps). Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio secunda auctior et emendatior, Cantabrigiae, MDCCXIII. Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio tertia aucta & emendata, Londini, apud Guil. & Ioh. Innys, MDCCXXVI (tertia et ultima editio ab ipso auctore curata). Антропова В. И. О геометрическом методе «Математических начал натуральной философии» И. Ньютона // Историко-математические исследования.
Diaqnostik İnformasiyanın alınmasının fiziki əsasları
Hesablama nəzəriyyəsinin əsasları üzrə beynəlxalq simpozium
Hesablama nəzəriyyəsinin əsasları üzrə beynəlxalq simpozium — nəzəri kompüter elmləri sahəsində iki ildən bir keçirilən konfranslar seriyası. 1977-ci ildə nəzəri kompüter elminin bütün aspektləri, xüsusən alqoritmlər, hesablama mürəkkəbliyi, formal və məntiqi üsullarla maraqlanan tədqiqatçılar üçün yaradılmışdır. Simpozium əvvəllər aşağıdakı qurumlarda keçirilmişdir: == İstinadlar == == Xarici keçidlər == FCT İdarəetmə Komitəsi. FCT icraat məlumatları DBLP biblioqrafiya vebsaytında. FCT 2015 vebsaytı. FCT 2013 vebsaytı. FCT 2011 vebsaytı. FCT 2009 vebsaytı. FCT 2007 vebsaytı. FCT 2005 vebsaytı.